Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cəlilabad İctimaiyyətinə ağır itki üz verib
Adalet.az xəbər verir ki, dünən axşam saatlarında Cəlilabadın sayılıb seçilən, gənc yaşlarında rayon partiya komitəsində məsul vəzifələrdə çalışmış, uzun müddət müxtəlif sovxoz və idarələrə rəhbərlik etmiş, sonuncu iş yeri Ekologiya və Təbii Sərvətlə nazırliy olan hörmətli ağsaqqalı Qılıncxan Məmmədov vəfat edib. Mərhum sabah, noyabrın 24-də doğma yurdunda, Cəlilabad rayonun Sabirabad kəndində dəfn olunacaq.
P.S.Xatırladaq ki, mərhum keçmiş Sovetlər Birliyində kifayət qədər nüfuz sahibi olan, Bolqarıstanda adına sovxoz olan Sosialist Əməyi qəhrəmanı Dünyamalı Məmmədovun oğlu idi
Allah rəhmət eləsin!
/Müstəqil.az