Cəlilabad Mərkəzi Xəstəxanasında ilk dəfə akromioplastika əməliyyatı icra olunub

08.01.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə akromioplastika əməliyyatı icra olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, sol çiyin nahiyəsində ağrı şikayətləri ilə tibb müəssisəsinə müraciət edən 61 yaşlı qadın xəstəyə müayinə nəticəsində sol tərəfli rotator manjet yırtığı diaqnozu qoyularaq rotator manjetin Anchor saplar ilə təmiri əməliyyatının icrasına qərar verilib.

Əməliyyatın icrası, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcrübəli travmatoloq-ortoped həkimi Elnur Aslanov tərəfindən uğurla həyata keçirilib. Əməliyyatdan bir gün sonra pasiyent ambulator müalicə üçün evə yazılıb.

Qeyd edək ki, akromioplastika əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью