Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Cəlilabad rayonunda yerləşən meşədə ağacların qanunsuz olaraq kəsilməsi iddia olunur.
Bu barədə Oxu.Az-a rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, rayonun Axtaxana kəndi yaxınlığında yerləşən meşə ərazisində ağaclar kütləvi şəkildə kəsilərək, satılır. Həmçinin sakinlər bildiriblər ki, sözügedən ərazi Göytəpə meşəbəyiliyinin 9 saylı dolayında yerləşir.
Qeyd edək ki, əvvəlki illərdə də mətbuatda Cəlilabad meşələrində ağacların qanunsuz olaraq kəsilməsi haqqında məlumatlar paylaşılıb.
Aqil Vəlili