Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini işdən AZAD EDİLDİ

15.11.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Sənubər Manafova işdən azad edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məlumata əsasən, onun vəzifədən kənarlaşdırılması əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədardır.
Bu qərar Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov tərəfindən imzalanmış əmrlə həyata keçirilib.
Qeyd edək ki, Sənubər Manafova 2022-ci ilin avqustunda bu vəzifəyə təyin edilmişdi.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью