Cəlilabad rayonunda zəlzələ qeydə alınıb AZƏRTAC

27.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Cəlilabad seysmoloji stansiyasından 13 kilometr şimalda – Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 17:07-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.3-ə bərabər olub.

Ocağı 27 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью