Cəlilabad rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

28.11.2024

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabad rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, "Qaz İxrac“ İdarəsi tərəfindən Cəlilabad rayonu ərazisində yerləşən "Günəşli” QPS-də ölçü qovşağında nasaz kürəvi kranın əvəzlənməsi və 2 ədəd kranların təmir edilməsi məqsədilə 24 yaşayış məntəqəsinin qaz təchizatının bu gün saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью