Cəlilabad sakini atdan yıxılıb ÖLDÜ

12.05.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Biləsuvarda bədbəxt hadisə olub.

"Unikal"ın məlumatına görə, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Tofiq Allaverən oğlu Biləsuvar rayonunun Ovçubərə kəndində yerləşən maldarlıq obasında bədbəxt hadisə nəticəsində həyatını itirib. 

İlkin məlumata görə, o, ata mindiyi zaman yıxılıb və ayağı üzəngidə ilişib. Nəticədə at onu bir müddət sürüyüb və T. Əliyev hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə ekspertizaya təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью