Cəlilabad sakini qanunsuz narkotik dövriyyəsinə görə həbs edilib

15.01.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Cəlilabadda 10 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı 28 yaşlı Hüseyn Cəfərov saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью