​​​Cəlilabad sakinin də meyiti tapıldı

26.12.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün qəzaya uğrayan təyyarədə həlak olanlardan birinin Cəlilabad rayon sakini olduğu müəyyən edilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqovun kimliyi atasından götürülən DNT analizindən sonra müəyyənləşib.

Onun nəşinin bu gün ailəsinə təhvil veriləcəyi gözlənilir.

Qoşqar Sadıqov Qroznıda çalışırmış.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью