Cəlilabad təhsil şöbəsinin sabiq mühasibinin meyiti tapıldı

25.01.2026

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabadda evdən meyit tapılıb.

APA-nın verdiyi xəbərə görə, rayon sakini 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti tapılıb.

Onun Bakıda yaşadığı və bir müddət əvvəl ata evinə gəldiyi deyilir.

Qeyd edək ki, R.Salmanov uzun müddət Cəlilabad rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri, son vaxtlar isə İmprotex şirkətində mühasib vəzifəsində çalışırdı.

3 övlad atası olan Rəşad Salmanov, yaxınlarda övladına nişan edib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью