Cəlilabad və Biləsuvarda güclü qar elektrik təchizatında problemlər yaratdı

11.02.2026

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabad rayonunun 19 dağlıq kəndində, həmçinin Biləsuvar rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu vəziyyətə bölgədə müşahidə olunan güclü qar səbəb olub.

"Azərenerji" ASC-dən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bölgələrdə intensiv qar yağması nəticəsində bəzi elektrik xətlərində nasazlıqlar baş verib.

Güclü qar Azərbaycanın iki rayonunda elektrik enerjisinin verilişində problem yaratdı

"Bəzi ərazilərdə ağaclar elektrik xətlərinin üzərinə yıxılıb. Həmin ərazilərdə elektrik enerjisinin bərpası istiqamətində zəruri bütün tədbirlər həyata keçirilir. İşçi heyəti hadisə yerlərinə göndərilib, lazımi əlavə material və texnika təmin edilib. Hazırda digər dövlət qurumları ilə birgə müvafiq bütün işlər aparılmaqdadır.

Bir çox kəndlərdə artıq enerji təchizatı bərpa olunub, digər istiqamətlərdə isə iş davam etdirilir", - məlumatda qeyd edilib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью