Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəlilabad, 15 sentyabr, AZƏRTAC
Bakı–Ələt–Astara magistralının Cəlilabad və Masallı rayonlarının ərazisindən keçən hissəsində güclü duman müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, magistral yolun ayrı-ayrı hissələrində görünüş məsafəsi təxminən 100 metr təşkil edir.
Duman səbəbindən yolda hərəkət edən sürücülərin diqqətli olmaları, sürət həddinə riayət etmələri və təhlükəsiz ara məsafəsi saxlamaları tövsiyə olunur.
Müxbir – İlkin Adıyev