Cəlilabad və Masallıda elektrik şəbəkəsi yenilənir | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə paytaxt və regionlarda yenidənqurma işləri davam etdirilir.
Cəlilabad və Masallı rayonlarının bir sıra kəndlərində elektrik təsərrüfatının yenilənməsi də dövlət başçısının bu göstərişindən irəli gəlir.
“Azərişıq” ASC-nin məlumatına görə, hazırda Cəlilabadın Komanlı, Rüstəmabad və Bəcirəvan kəndlərində 0,4 və 10 kV-luq yeni metal dayaqlar basdırılır, müasir elektrik xətləri çəkilir, açıq naqillər müasir tipli özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənir.
Köhnəlmiş sayğaclar həyətyanı sahələrdən kənarlaşdırılaraq yeni smart sayğaclarla əvəz olunur.
Bundan başqa, 9 kompleks transformator məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulur.
Masallının Köhnə Alvadı kəndində də ötən əsrin 60-cı illərində quraşdırılmış elektrik şəbəkəsi yenilənir.
Kənddə 0,4 kV-luq ÖİN çəkilişi və yeni sayğacların quraşdırılması davam edir.
Tam oxu
Xəbəri oxu