Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, TƏBIB-dən APA-ya bildirilib ki, 22.12.2024-cü il tarixində saat 19:30 radələrində vətəndaş F.İmanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd göstərib.
Həkim hadisədən uzaqlaşmağa çalışsa da, müqavimətlə üzləşib. "Hazırda hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək", - qeyd edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.