Cəlilabada yeni baş həkim təyin olundu (FOTO)

25.08.2026

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyib olunub.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Rəfail Əsədullayev təyinat alıb.

O, 2023-cü ildən yeni təyinatadək Cəlilabad RMX-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Əsədullayev 1983-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub.

1999-cu ildə Azərbaycan Tibb Universitetinə daxil olub, Pediatriya fakültəsində təhsil alıb.

2015-2017-ci illərdə FHN-nin Mülki müdafiə qoşunlarında tibb məntəqəsinin həkimi vəzifəsində çalışıb. 2017-2018-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Sənayə təbabəti şöbəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi vəzifəsində işləyib.

2017-ci ildə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkim vəzifəsində çalışıb. 2017-ci ildə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimi vəzifəsində fəaliyyət göstərib.

2018-ci ildə Ankara şəhəri Başkənt Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsində assistant həkim işləyib.

2019-cu ildə Moskva şəhərində "Uşaqlarda reanimasion tədbirlər" adlı, 2021-ci ildə isə Ukraynanın Dnepr şəhərində İ.Meçinkov adına xəstəxanada "Təcili Yardımın Təşkili" adlı təkminləşdirmə kursu keçib. R.Əsədullayev müxtəlif elmi konfransların, tədbirlərin iştirakçısı olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью