Cəlilabadda “07 dirəyə çırpıldı; xəsarət alanlar var FOTO

28.11.2024

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "VAZ 2107" markalı minik avtomobili dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər - rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью