Cəlilabadda 07 və Mercedes toqquşdu: Xəsarət alanlar var FOTO

28.12.2024

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomagistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "VAZ-2107" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülər xəsarət alıb.

Xəsarət alan sürücülər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki sürücünün Alar kəndindən olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью