Cəlilabadda 10 nəfər qidadan zəhərləndi

30.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Cəlilabad rayonunda bir ailənin bir neçə üzvü də daxil olmaqla 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Biləsuvar rayonunda keçirilən əsgər yola salma mərasimindən sonra baş verib. Mərasimdə iştirak edən şəxslər Cəlilabada qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.
Onların arasında uşaqların da olduğu bildirilir.
Zəhərlənmənin mərasim zamanı qəbul edilən qidadan baş verdiyi ehtimal olunur.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью