Cəlilabadda 1500 abonentin qazı KƏSİLƏCƏK

22.04.2025

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabah Cəlilabad şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Modern.az-ın məlumatına görə, aprelin 23-də saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 1 500 abonentin (Heydər Əliyev prospektinin bir hissəsi, M.Hüseynzadə, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir və Cavadxan küçələri) “mavi yanacaq”la təchizatında fasilə yaranacaq.

İstehsalat Birliyi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью