Cəlilabadda 2 yaşlı qız qəzada öldü

31.08.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi şəhərin Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı minik avtomobili "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 2 yaşlı Nazlı Vahibzadə ölüb. Həmin nəqliyyat vasitəsində olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью