Cəlilabadda 32 yaşlı kişini maşın VURDU

15.11.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Rayon sakini N. Ağayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil 1992-ci il təvəllüdlü Rasim İsayevi vurub. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью