Cəlilabadda 4 nəqliyyat vasitəsi toqquşdu FOTOLAR

12.05.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəlilabadda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsinin sürücüsü anidən əyləc sistemini basıb. Bu zaman arxadan "QazEl" markalı nəqliyyat vasitəsi "Chevrolet Cruze" çırpılıb. Bunun ardınca "VAZ-2107" markalı nəqliyyat vasitəsi "QazEl"lə toqquşub. "QazEl" də əks istiqamətdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəzada xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью