Cəlilabadda 6 aylıq körpə iynədən sonra dünyasını dəyişdi

30.11.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cəlilabadda 6 aylıq körpə iynə vurulduqdan sonra dünyasını dəyişib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Səttərxan küçəsi sakini Amiq Mirzəyev 6 aylıq övladının səhhətində problem yarandığı üçün onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinə aparıb.

Məlumata görə, uşağı müayinə edən həkim Davud Qurbanov ona iynə vurub. Valideyn bildirir ki, iynədən sonra körpənin vəziyyəti daha da ağırlaşıb və o, təcili şəkildə paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью