Cəlilabadda 6 aylıq körpə xəstəxanada ölüb

30.11.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabadda 6 aylıq körpənin ölümü qeydə alınıb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, Amiq Mirzəyevin səhhətində problem yaranan 6 aylıq övladı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Körpəni müayinə edən həkim ona iynə vurub. Valideynin sözlərinə görə, iynədən sonra körpənin vəziyyəti daha da ağırlaşıb. Körpə paytaxtdakı xəstəxanalardan birinə aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью