Cəlilabadda 6 kəndin işığı kəsilib

04.11.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunun 6 kəndində elektrik enerjisinin verilişi dayandırılıb.

525.az-ın məlumatına görə, rayonun bir sıra yaşayış məntəqələrində yararsız elektrik dirəklərinin yenilənməsi işlərinə başlanıb.

Bununla əlaqədar rayonun Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbəli və Şükürlü kəndləri üzrə ümumilikdə 1072 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.

Həmin kəndlərə elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью