Cəlilabadda 70 ədəd Şərq tuyası ağacı əkilib

14.11.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabad rayonunda 70 ədəd "Şərq tuyası" ağacı əkilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində rayon ərazisində yaşıllıqların bərpası və qorunması istiqamətində növbəti aksiya keçirilib.

Bu çərçivədə Cəlilabad şəhəri Heydər Əliyev prospektinin sağ və sol hissəsində əkilmiş yaşıllıq zolağına keçirilən baxış zamanı qurumuş ağaclar müəyyən edilərək çıxarılıb, həmçinin boş qalmış sahələr dəqiqləşdirilib.

Ətraf mühitin mühafizəsi və yaşıllıq örtüyünün artırılması məqsədilə həmin ərazilərdə 70 ədəd "Şərq tuyası" ağacı əkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью