Cəlilabadda 9 ədəd ağac qanunsuz kəsilib

07.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Cəlilabadda 9 ədəd ağac qanunsuz kəsilib.

Aidiyyəti qurumlar tərəfindən şəhər ərazisinə baxış keçirilən zaman Qurtuluş prospekti Ələt-Astara magistral yolunun kənarında, avtomobillərə texniki xidmət sexlərinin qarşısında qanunsuz olaraq ağackəsmə halı müşahidə olunub.

Sözügedən əraziyə Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, bələdiyyənin, rayon polis şöbəsinin və 1 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən baxış keçirilib. Baxış keçirilən zaman 9 ədəd ağacın kəsilərək ərazidən aparıldığı məlum olub.

Qeydə alınmış qanunsuz ağackəsmə halı ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью