Cəlilabadda ağır qəza, ölən var Yenilənib Foto

05.12.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə əvvəlki Bakı-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində baş verib.

Belə ki, Ağcabədi rayon sakininin sükanı arxasında olduğu “Ford” markalı yük maşını ilə Cəlilabad sakininin idarə etdiyi “VAZ 21010” markalı minik avtomobili toqquşub.

Qəzada minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Digər maşının sürücüsü xəsarət alaraq, rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Ölən sürücü Göytəpə şəhər sakini 1965-ci il təvəllüdlü Əyyub Əsədovdur.

Ağcabədi rayon sakini 1991-ci il təvəllüdlü Orxan Səfərov isə yaralanıb.

Surxay Şahbazov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью