Cəlilabadda ağır qəza: Xəsarət alanlar var

02.11.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, qəza rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 və VAZ-21011 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində iki nəfər rayon sakini - Ceyhun Bəgalıyev və Zeynal Niftəliyev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью