Cəlilabadda ağır yolnəqliyyat hadisəsi olub, xəsarət alanlar var Yeni Çağ Media

20.12.2024

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı nəqliyyat vasitələri hərəkətdə olarkən qarşı-qarşıya gəliblər və qəza qaçılmaz olub.

Qəza nəticəsində sürücülər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью