Cəlilabadda arıçılıq təsərrüfatlarında məhsuldarlıq azalıb

06.12.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Cəlilabad rayonunda bu il arıçılıq təsərrüfatlarında məhsuldarlıq ötən illə müqayisədə təxminən iki dəfəyə yaxın azalıb.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Arıçılar Assosiasiyasının Cəlilabad filialının sədri Rövşən Tağıyev məlumat verib.

Təşkilat sədrinin sözlərinə görə, bu ilin may-iyun ayında havaların yağıntılı keçməsi, eyni zamanda xəstəliyin baş verməsi nəticəsində bəzi arı ailələri məhv olub. Həmçinin belə vəziyyət balın məhsuldarlığın da aşağı salıb. Belə ki, ötən il bir arı ailəsindən orta hesabla 10-15 kq məhsul almaq olurdusa, bu il bu rəqəm 5-10 kq-a qədər azalıb.

Onun sözlərinə görə, rayonda hazırda 600-ə yaxın şəxs arıçılıq təsərrüfatı ilə məşğuldur və 12 minə yaxın arı ailəsi mövcuddur.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью