Cəlilabadda avtomobil 10 yaşlı qızı vuraraq öldürüb

07.05.2025

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Cəlilabad-Yardımlı yolunun Cəlilabadın Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью