Cəlilabadda avtomobil 12 yaşlı piyadanı vurub öldürdü

08.11.2024

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 7-də saat 18:40 radələrində 1985-ci il təvəllüdlü E. Mütəllimov idarə etdiyi avtomobillə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində piyada; 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью