Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb

23.12.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən kənd sakini, "Ford Transit" markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью