Cəlilabadda avtomobil aşdı Xəsarət alanlar var

23.10.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Cəlilabad rayonunda maşın aşıb.

"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında Cəlilabad rayonunun Təklə kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Nissan X-Trail" markalı nəqliyyat vasitəsi sərt döngədən eniş edərkən aşıb. Avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunublar. Məlumata görə nəqliyyat vasitəsi Yardımlı rayonundan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью