Cəlilabadda avtomobil azyaşlını vurdu

20.07.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Ələt–Astara magistral avtomobil yolunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Əldə olunan məlumata görə, hərəkətdə olan minik avtomobili 2018-ci il təvəllüdlü Sahib Mustafayevi vurub. Nəticədə azyaşlı müxtəlif xəsarətlər alıb.
 

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağır qiymətləndirilir.


Hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью