Cəlilabadda avtomobil dirəyə çırpıldı, xəsarət alanlar var KONKRET

28.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Cəlilabadda minik avtomobili qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunda, Cəlilabad rayonunun Maşlıq kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью