Cəlilabadda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

28.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabadın Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, idarəetməni itirən  "VAZ 2107" markalı minik avtomobili dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihümbətov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью