Cəlilabadda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

28.11.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabadda minik avtomobili qəzaya uğrayıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunda, Cəlilabad rayonunun Maşlıq kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью