Cəlilabadda avtomobil işıq dirəyinə çırpıldı

12.03.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal”ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarında yerləşən işıq dirəyinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə və elektrik təsərrüfatına maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью