Cəlilabadda avtomobil mal sürüsünə ÇIRPILDI

17.01.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunda yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, minik avtomobili iri buynuzlu mal-qara sürüsünə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, 4 baş mal-qara tələf olub.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью