Cəlilabadda avtomobil tamamilə yanıb

23.08.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Cəlilabad rayonunda minik avtomobili yanıb.
Newscenter.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Mehman Nəsirova məxsus olan "VAZ 2105" markalı avtomobil qəfildən alışıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Lakin nəqliyyat vasitəsi tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью