Cəlilabadda avtomobil yeniyetməni vuraraq öldürdü KONKRET

08.11.2024

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a bildirilib ki, noyabrın 7-də saat 18:40 radələrində 1985-ci il təvəllüdlü E.Mütəllimov idarə etdiyi avtomobillə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində piyada, 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью