Cəlilabadda avtomobil yeniyetməni vuraraq öldürüb

08.11.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a bildirilib ki, noyabrın 7-də saat 18:40 radələrində 1985-ci il təvəllüdlü E.Mütəllimov idarə etdiyi avtomobillə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində piyada, 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью