Cəlilabadda azyaşlı pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alıb

31.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 7 yaşlı Ş.A pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.

Azyaşlı rayon xəstəxanasına yerləşdirilib. Ona üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью