Cəlilabadda azyaşlı uşaq suda boğularaq ölüb

01.06.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabad, 1 iyun, AZƏRTAC

Cəlilabad rayonunda faciəvi hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2022-ci il təvəllüdlü Onur Amil oğlu Zamanov ehtiyatsızlıq nəticəsində su anbarına düşərək boğulub.

Hadisə yerinə cəlb olunan aidiyyəti qurumların əməkdaşları tərəfindən azyaşlının meyiti sudan çıxarılaraq müvafiq qaydada təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - İlkin Adıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью