Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

31.08.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Cəlilabad, 31 avqust, İlkin Adıyev, AZƏRTAC

Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan "Opel" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 2 yaşlı Nazlı Vahibzadə ölüb. Həmin nəqliyyat vasitəsində olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью