Cəlilabadda bıçaqlanan 46 yaşlı kişinin durumu açıqlandı

30.08.2025

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunda bıçaqlanan şəxsin durumu açıqlanıb.

TƏBİB-dən AZXEBER.COM-a bildirilib ki, bu gün saat 17:30 radələrində 1 nəfər (kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1979-cu il təvəllüdlü şəxsə döş qəfəsinin və sol aşağı ətrafın kəsilmiş yarası diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью