Cəlilabadda buraxılış imtahanından çıxan şagirdlər qəzaya düşüb

26.04.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlilabadda buraxılış imtahanından çıxan şagirdlər qəzaya düşüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonun Zopun kəndində baş verib.

Belə ki, 9-cu siniflərin buraxılış imtahanlarından qayıdan şagirdləri kəndə aparan avtomobil digər kənd sakininin idarə etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alanlar var.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью