Cəlilabadda buz bağlayan yolda avtomobil aşıb, 2 nəfər xəsarət alıb | Icma.az
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. Cəlilabadda buz bağlayan yolda avtomobil aşıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt–Astara magistralının 100-cü km-də, Cəlilabad rayonu ərazisində qeydə alınıb.
"Mercedes" markalı nəqliyyat vasitəsi sürüşərək yol kənarına aşıb.
İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu